Masallıda narkotik vasitənin təsiri altında qəza törədən şəxs həbs olunub.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Publika.az-a verilən məlumata görə, Masallı rayon sakini Elvin Məmmədov idarə etdiyi "Kia" markalı avtomobillə axşam saatlarında Masallı şəhəri ərazisində yol-nəqliyyat hadisəsi törədib.
Həmin sürücü müvafiq tibbi müayinədən keçirildikdən sonra onun narkotik vasitədən istifadə etdiyi müəyyən olunub.