EN

"Zirə" - "Osiyek" matçının biletləri satışda

"Zirə" klubunun Bakıda Xorvatiya təmsilçisi "Osiyek"ə qarşı keçirəcəyi UEFA Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyununun biletləri satışa çıxarılır.

Apasport.az "qartallar"ın mətbuat xidmətinə istinadən xəbər verir ki, azarkeşlər biletləri bu gün saat 12:00-dan etibarən ala biləcəklər.

Qiymətlər sektorlara görə 2, 5, 10 və 20 manat təşkil edir.

Biletləri Zirə İdman Kompleksindən, "Dalğa Arena"dan və Tofiq Bəhramov adına Respublika stadionunun kassalarından əldə etmək mümkündür.

Qeyd edək ki, avqustun 15-də "Dalğa Arena"da keçiriləcək qarşılaşma saat 20:30-da start götürəcək. Xorvatiyadakı ilk görüşdə heç-heçə qeydə alınıb - 1:1.

Coşqun Diniyev I Liqada debüt edib

Renat Dadaşov yeni komandasında qol hesabını açıb

Krunoslav Renduliç: "Realist olmalıyıq..."

Rəşad Sadıqov: "Əlimizdə kifayət qədər yaxşı futbolçular var"

"Zirə" Masazırdan qələbə ilə qayıdır - YENİLƏNİB

Chosen
17
14
apasport.az

10Sources