EN

"Ölkə güləşinə verdiyi töhfəyə görə Hacı Əliyevə təşəkkür edirəm"- Mikayıl Cabbarov

 

"2 qat  Olimpiya mükafatçısı, 3 qat dünya və 4 qat Avropa çempionu, Avropa Oyunlarının və İslam Həmrəyliyi Oyunlarının qalibi Hacı Əliyev karyerasını başa vurdu. O, mübarizə əzmi, intizamı və çalışqanlığı ilə hər zaman komanda yoldaşlarına nümunə olub". Missiya.Az xəbər verir ki, bu sözləri Azərbaycan Güləş Federasiyasının (AGF) prezidenti Mikayıl Cabbarov "Facebook" hesabında yazıb.Mikayıl Cabbarov ölkə güləşinə verdiyi töhfəyə, qazandığı uğurlarla bir çox yeniyetmə və gənc güləşçilərə ilham mənbəyi olduğuna görə Hacı Əliyevə təşəkkürünü bildirib."İnanırıq ki, o, zəngin təcrübəsi ilə bundan sonra da Azərbaycan güləşinin inkişafına dəstək olacaq. Hər şey üçün çox sağ ol, Hacı!",-deyə AGF rəhbəri əlavə edib.Leyla SƏMƏNDƏRMissiya.Az

Chosen
4
16
missiya.az

10Sources