“2024–2025-ci tədris ilində icma əsaslı məktəbəqədər təhsil xidmətlərinin təşkili” qrant müsabiqəsinə sənəd qəbulunun müddəti avqustun 26-dək uzadılır.
Bu barədə "Cebheinfo.az"a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, qrant müsabiqəsinin məqsədi 2024–2025-ci tədris ilində müəyyən səbəblərdən məktəbəqədər təhsildən kənarda qalmış uşaqları bu təhsilə cəlb etməkdir.
Ətraflı məlumatı link vasitəsilə əldə etmək olar.
"Cebheinfo.az"