EN

Həsrət Cəfərov: Növbəti olimpiadalarda çempion olmağa çalışacağam

"Vətənə medalla qayıtdığım üçün sevincliyəm. Təəssüf ki, qızıl medal olmadı. Daha yaxşı hazırlaşıb növbəti olimpiadalarda çempion olmağa çalışacağam".

Demokrat.az xəbər verir ki, bu sözləri “Paris-2024” Yay Olimpiya Oyunlarında bürünc medal qazanmış Azərbaycanın yunan-Roma güləşçisi Həsrət Cəfərov Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılanma mərasimi zamanı jurnalistlərə açıqlamasında deyib.

67 kiloqram çəki dərəcəsində çıxış edən idmançı üçüncü yeri tutmasının Allahın qisməti olduğunu bildirib: "Belə məsləhət imiş. Şükürlər olsun ki, medalsız qalmadım. Gələcəkdə daha yaxşı olacaq".

Chosen
31
1
demokrat.az

10Sources