EN

Yaşayış binası çökdü - 4 nəfər öldü

Çinin şərqindəki Çjentszyan vilayətinin Yuntszya qəzasında yaşayış evinin uçması nəticəsində dörd nəfər ölüb.

 

Referans.az report-a istinadən xəbər verir ki, yerli orqanlar bazar günü məlumat yayıb.


Bildirilib ki, insident ötən gün günorta saatlarında təmir zamanı baş verib. Dörd nəfər bina qalıqlarının altında qalıb. Axtarış-xilasetmə əməliyyat bütün gün və bazar gününə keçən gecə davam edib.


Xilasedicilər ölənlərin meyitlərini ancaq səhər aşkarlaya bilib.


Faktla bağlı araşdırma aparılır.

Chosen
304
9
oxu.az

10Sources