AZ

Çinin şərqində yaşayış binasının uçması nəticəsində 4 nəfər ölüb

Çinin şərqindəki Çjentszyan vilayətinin Yuntszya qəzasında yaşayış evinin uçması nəticəsində dörd nəfər ölüb. SİA xarici KİV-ə istinadən xəbər verir ki, yerli orqanlar bazar günü məlumat yayıb.

Bildirilib ki, insident ötən gün günorta saatlarında təmir zamanı baş verib. Dörd nəfər bina qalıqlarının altında qalıb. Axtarış-xilasetmə əməliyyat bütün gün və bazar gününə keçən gecə davam edib.

Xilasedicilər ölənlərin meyitlərini ancaq səhər aşkarlaya bilib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
341
9
sia.az

10Mənbələr