EN

Çempionlar Liqası: “Qarabağ” “Ludoqorets”lə oyunda 4-cü qolu vurub YENİLƏNİB-8

Çempionlar Liqası: “Qarabağ” “Ludoqorets”lə oyunda 4-cü qolu vurub YENİLƏNİB-8

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında keçirilən oyunda altıncı qol vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, görüşün əlavə olunan vaxtının birinci hissəsində “Qarabağ” dördüncü qolunu vurub.

Toral Bayramov Abdullah Zubirin ötürməsini qola çevirərək komandasını yenidən hesabda önə çıxarıb (4:2).

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

00:05

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında keçirilən oyunun əsas vaxtı başa çatıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, ümumi hesab bərabər olduğundan matçda əlavə vaxt oynanılır.

Oyunun 90 dəqiqəsi “Qarabağ”ın 3:2 hesablı üstünlüyü ilə sona çatıb.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

23:14

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında keçirilən oyunda ikinci hissə başlayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, hesab 2:3 “Qarabağ”ın xeyirinədir.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:58

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandalarının oyununda beşinci qol vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, görüşün ilk hissəsinə əlavə olunan altıncı dəqiqədə Ağdam təmsilçisinin heyətində Patrik Andrade komandasını önə keçirib. Bununla da komandalar fasiləyə yollanıb.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:55

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında keçirilən oyunda dördüncü qol vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, görüşün ilk hissəsinə əlavə olunan birinci dəqiqədə Ağdam təmsilçisinin heyətində Yassin Benzia penaltidən komandasının ikinci topuna imza atıb.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:29

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bolqarstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında oyunda üçüncü qol vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, görüşün 21-ci dəqiqəsində rəqibin heyətində Kvadvo Duah penaltidən özünün və komandasının ikinci topuna imza atıb.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:23

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bolqarstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında keçirilən oyunda ikinci qol vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, görüşün 13-cü dəqiqəsində rəqibin heyətində Kvadvo Duah fərqlənib.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:18

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında keçirilən oyunda hesab açılıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, görüşün 7-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Olavio Juninyo fərqlənib.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:01

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında oyun başlayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 22:00-da start götürüb.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə: AZƏRTAC

Chosen
34
13
ilk.az

10Sources