AZ

Çempionlar Liqası: “Qarabağ” hesabı bərabərləşdirib YENİLƏNİB-4

Çempionlar Liqası: “Qarabağ” hesabı bərabərləşdirib YENİLƏNİB-4

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandalarının oyununda beşinci qol vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, görüşün ilk hissəsinə əlavə olunan altıncı dəqiqədə Ağdam təmsilçisinin heyətində Patrik Andrade komandasını önə keçirib. Bununla da komandalar fasiləyə yollanıb.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:55

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında keçirilən oyunda dördüncü qol vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, görüşün ilk hissəsinə əlavə olunan birinci dəqiqədə Ağdam təmsilçisinin heyətində Yassin Benzia penaltidən komandasının ikinci topuna imza atıb.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:29

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bolqarstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında oyunda üçüncü qol vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, görüşün 21-ci dəqiqəsində rəqibin heyətində Kvadvo Duah penaltidən özünün və komandasının ikinci topuna imza atıb.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:23

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Bolqarstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında keçirilən oyunda ikinci qol vurulub.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, görüşün 13-cü dəqiqəsində rəqibin heyətində Kvadvo Duah fərqlənib.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:18

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında keçirilən oyunda hesab açılıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, görüşün 7-ci dəqiqəsində Ağdam təmsilçisinin heyətində Olavio Juninyo fərqlənib.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

22:01

UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Bolqarıstanda üz-üzə gələn “Ludoqorets” və “Qarabağ” komandaları arasında oyun başlayıb.

ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, görüş Bakı vaxtı ilə saat 22:00-da start götürüb.

Komandalar arasında ilk matç rəqibin 1:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Mənbə: AZƏRTAC

Seçilən
36
13
ilk.az

10Mənbələr