EN

Millimizin oyununun yeri müəyyənləşib

21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində Şimali İrlandiya yığması ilə keçirəcəyi səfər oyununun yeri müəyyənləşib. F qrupu çərçivəsində oktyabrın 12-də təşkil olunacaq görüş Ballimina şəhərində yerləşən “The Showgrounds” stadionunda baş tutacaq. Matçın başlama saatı ilə bağlı daha sonra məlumat veriləcək.
Chosen
205
18
affa.az

10Sources