EN

Azərbaycanda vəzifəli şəxsin hakim atası vəfat etdi - FOTO

Azərbaycanda vəzifəli şəxs vəfat edib.

Paralel.az -ın məlumatına görə, uzun illər hakim kimi çalışmış Mansur İbayev ötən gün uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

M.İbayev Nizami rayonunun prokuroru Pərviz İbayevin atasıdır.

Qeyd edək ki, M. İbayev 1964-cü ildən məhkəmə orqanlarında işləməyə başlayıb. Qubadlı, Ağdaş, Göyçay rayonlarında  məhkəmə sədri, 1976-cı ildən, 2000-ci ilə qədər Ali Məhkəmənin üzvü, 2000-ci ildən 2012-ci ilə kimi Azərbaycan Respublikası Ağır Cinayətlərə dair işlər üzrə məhkəməsinin hakimi, eyni zamanda Məhkəmə Hüquq Şurasının üzvü, Mərkəzi Seçki Komissiyasının üzvü vəzifələrində çalışıb.

O, 2006-cı ildə “Şöhrət” ordeni ilə təltif edilib.

Billurə Yunus


 
Chosen
27
26
paralel.az

10Sources