EN

"Zirə" "pley-off"da! - YENİLƏNİB

Azərbaycanın Konfrans Liqasındakı daha bir təmsilçisi bu gün III təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxıb.

Apasport.az  xəbər verir ki, "Zirə" Xorvatiyanın "Osiyek" klubu ilə üz-üzədir.

Rəşad Sadıqovun yetirmələri səfərdə əldə etdikləri bərabərliyi (1:1) Mərdəkanda öz leyhlərinə pozmağa çalışır.

Matçın 37-ci dəqiqəsində "Zirə"nin qapısı qarşısında yaranan qarışıqlıqdan istifadə edən qonaqların futbolçusu Vedran Yuqoviç ilk topu komandamızın qapısından keçirib.

Matçın 53-cü dəqiqəsində təmsilçimiz penalti vurmaq imkanı əldə edib. Topun arxasına keçən kapitan Qismət Alıyev hesaba tarazlıq gətirməyi bacarıb.

81-ci dəqiqədə qonaqlar yenidən hesabda önə keçib. "Osiyek"in heyətində Anton Matkoviç fərqlənib. 

Son ana qədər mübarizə aparan "Zirə" bərabərlik qolunu 90-cı dəqiqədə tapıb. Davit Volkov aktobatik zərbə ilə topu tora qovuşdurub - 2:2.

Ümumi hesabda bərabərlik olduğu üçün matçda əlavə hissələr oynanıb. Burda da qalib müəyyənləşməyib. Beləcə, komandalar lotoreyaya - penaltilər seriyasına keçid alıb.

Penaltilər seriyasında rəqibindən üstün olan "Zirə" UEFA Konfrans Liqasının "pley-off" mərhələsinə vəsiqə qazanıb.

UEFA Konfrans Liqası

III təsnifat mərhələsi, cavab görüşləri

15 avqust

20.30. "Zirə" - "Osiyek" (Xorvatiya) 2:2

Penaltilər: 2:1

Qol: Q. Alıyev, 55, D. Volkov, 90 - V. Yuqoviç, 37, A. Matkoviç, 81

"Zirə": Tiaqo Silva, Qismət Alıyev, Ange Muntinsi, Ruan Renato, İssa Cibrilla, Pyer Zebli, İsmayıl İbrahimli, Junior Martines, Rafael Utzoq, Davit Volkov, Eldar Quliyev.

"Osiyek": Nikola Kavlina, Roko Yurisiç, Marko Soldo, Luka Yeleniç, Nail Omeroviç, Vedran Yuqoviç, Darko Neyasmiç, Petar Pusiç, Domaqoy Bukviç, Kemal Ademi, Anton Matkoviç.

Baş hakim: Xulian Veynberqer (Avstriya).

Mərdəkan, "Dalğa Arena".

“Sabah” Konfrans Liqasında mübarizəni dayandırıb - YENİLƏNİB

"Sumqayıt" braziliyalı futbolçu transfer edib

İngiltərə - Azərbaycan matçının stadionu dəqiqləşib

“Neftçi” – “Sabah” oyununa giriş biletsiz olacaq

"Qarabağ" top klublar arasında 59-cu pillədədir

Chosen
58
9
apasport.az

10Sources