EN

Bu nazirliyə yeni səlahiyyət VERİLDİ  

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə yeni səlahiyyət verilib. 

Bizim.Media xəbər verir ki, bu, Prezident İlham Əliyevin tətbiqi barədə fərman imzaladığı “Poçt haqqında” Qanuna dəyişiklikdə əksini tapıb. 

Dəyişikliklə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə universal poçt rabitəsi xidmətlərinin tariflərini müəyyənləşdirmək səlahiyyəti verilib. 

Beləliklə, İqtisadiyyat Nazirliyinin və Maliyyə Nazirliyinin rəyi nəzərə alınmaqla, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi universal poçt rabitəsi xidmətlərinin tariflərini müəyyənləşdirəcək. 
Bundan əvvəl bu sahədə səlahiyyət Tarif (qiymət) Şurasında olub. 

Bizim.Media

Chosen
317
22
bizim.media

10Sources