EN

PSJ 19 yaşlı futbolçunu transfer etdi

Fransanın PSJ klubu heyətini yeni futbolçu ilə gücləndirib.

News365.az xəbər verir ki, Paris klubunun mətbuat xidməti bu barədə məlumat yayıb.

"Renn"dən Dezire Due transfer olunub.

Cari ölkə çempionu 19 yaşlı yarımmüdafiəçi ilə beş illik müqavilə imzalayıb.

Qeyd edək ki, fransalı oyunçu ötən mövsüm Liqa 1-də 31 matç keçirib və 4 qol, 4 məhsuldar ötürmə ilə diqqət çəkib.


Chosen
46
19
news365.az

10Sources