Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Türkiyə Respublikasında baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyi Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi Türkiyəyə yola düşüb.
Bu barədə FHN-in mətbuat xidmətindən məlumat verilib.
Heydər Əliyev Beynəlxalq Aeroportundan havaya qalxan təyyarə Türkiyənin İzmir şəhərinə istiqamət alıb.
Mənbə: AZƏRTAC