RU

Rövşən Nəcəf Gürcüstan Futbol Federasiyasının prezidenti ilə görüşüb

Bakı, 20 avqust, AZƏRTAC

Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) prezidenti Rövşən Nəcəflə Gürcüstan Futbol Federasiyasının (GFF) prezidenti Levan Kobiaşvili arasında görüş keçirilib.

AZƏRTAC milli assosiasiyanın rəsmi saytına istinadən xəbər verir ki, görüş zamanı AFFA və GFF arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılıb.

Tərəflər bu əməkdaşlığın gələcəkdə hər iki ölkədə futbolun inkişafına fayda verəcəyinə əminliklərini ifadə ediblər.

Избранный
151
22
azertag.az

10Источники