Bakupost.az Axara.az-a istinadla xəbər verir ki, nazirliyin mətbuat xidmətindən məlumatla əlaqədar dərhal Babək Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri hadisə yerinə cəlb olunublar. Əməliyyat şəraitinə uyğun olaraq həyata keçirilən zəruri və təxirəsalınmaz tədbirlər sayəsində yanğın genişlənərək ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə söndürülüb.
Hadisə nəticəsində 6035 kiloqram ot bağlaması və avtomobilin yük hissəsi yanıb, şinləri və digər hissələri, həmçinin vətəndaşa məxsus 1 mərtəbəli fərdi yaşayış evi yanğından mühafizə olunub.