Bakı. Trend:
ABŞ-nin vitse-prezidenti Kamala Harris Demokratlar Partiyasındanprezidentliyə namizədliyini simvolik olaraq qəbul edib.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, partiyanın Çikaqoşəhərində keçirilən milli qurultayı zamanı təmsilçilərin səsverməmərasimindən sonra onun namizədliyi qəbul etməsinə dairvideomüraciəti nümayiş olunub.
Harrisin çıxışı qurultayın sonuncu günü, avqustun 22-nə nəzərdətutulub.
Kamala Harris avqustun əvvəlində keçirilmiş onlayn səsverməzamanı partiyasının prezidentliyə namizədi kimi rəsməntəsdiqlənmişdi. Demokratlar Partiyasının Çikaqoda keçirilən milliqurultayında bu gün 57 nümayəndə təntənəli səsvermə mərasimindəiştirak edərək səslərini təsdiqləyiblər.