Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.
QOL.az xəbər verir ki, iclasda müəyyən qərar verilib.
Misli Premyer Liqasının III turunun “Kəpəz” – “Turan oyununda “Kəpəz”in 4 futbolçusu sarı vərəqə aldığına görə klub 700 manat cərimələnib.
“Sumqayıt” – “Səbail” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Sumqayıt” 800 manat cərimə edilib.
“Sumqayıt” – “Səbail” oyununda PFL Əsasnaməsinin tələbləri pozulduğuna görə “Sumqayıt” 500 manat cərimə edilib.