RU

“Fənərbağça” “Çelsi”nin futbolçusunu transfer etmək istəyir

“Fənərbağça”

Bakı, 21 avqust, AZƏRTAC

Türkiyənin "Fənərbağça" komandası İngiltərənin "Çelsi" klubunun vingeri Rahim Sterlinqi heyətinə qatmaq istəyir.

AZƏRTAC xarici mətbuata istinadən xəbər verir ki, 25 yaşlı futbolçu “sarı-lacivərdlilər”in transfer siyahısında yer alır.

İngiltərəli oyunçunun xidmətində İtaliyanın “Yuventus” və Səudiyyə Ərəbistanının “Əl-Əhli” klubları da maraqlıdır.

Qeyd edək ki, R.Sterlinq ötən mövsüm "Çelsi"nin heyətində 43 matçda iştirak edib, 10 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb. Onun London təmsilçisi ilə müqaviləsinin müddəti 2027-ci ilin yayına qədərdir.

 

 

Избранный
13
3
azertag.az

4Источники