Aktual.az xəbər verir ki, bu barədə "Neftçi"nin media üzrə koordinatoru Rüstəm Əfsərli mətbuat konfransında futbolçu Qara Qarayevin komandadakı taleyi barədə danışarkən deyib.
O, hazırda bu məsələ ilə bağlı yenilik olmadığını vurğulayıb:
"Qara Qarayevlə bağlı məsələ hələlik klubun daxilində qalsın. Elə etməliyik ki, heç bir tərəf ziyan görməsin. Danışıqlar gedir. Bu barədə ictimaiyyətə məlumat veriləcək".
Qeyd edək ki, 31 yaşlı Qara Qarayev əsas heyətdən əvəzedici komandaya göndərilib.