RU

İki avarçəkənimiz dünya çempionatında iştirak edəcək

Azərbaycanın gənc avarçəkənləri Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək kayak və kanoe üzrə dünya çempionatında iştirak edəcəklər. Sport24.az xəbər verir ki, ölkəmizi yarışda Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası adından 2 idmançı təmsil edəcək.
 
Kanoe yarışında Paşa Əsgərov medallar uğrunda mübarizə aparacaq. Kayak növündə isə Ceyhun Vəlixanov çıxış edəcək
 
Çempionat avqustun 23-25-i aralığında keçiriləcək.

Избранный
42
16
sport24.az

10Источники