RU

Klublar Komitəsinin iclası keçirilib, AFFA rəhbərliyinə müraciət edilməsi qərara alınıb

Klublar

Bakı, 23 avqust, AZƏRTAC

Klublar Komitəsinin növbəti iclası keçirilib.

AZƏRTAC AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, toplantıda milli assosiasiyanın icraçı vitse-prezidenti Sərxan Hacıyev, Peşəkar Futbol Liqasının prezidenti vəzifəsini müvəqqəti icra edən Elgiz Abbasov və Azərbaycan Premyer Liqası klublarının nümayəndələri iştirak ediblər.

İclasda daha məhsuldar və səmərəli fəaliyyət göstərməsi üçün Klublar Komitəsinin formatının yenilənməsinə dair təkliflər hazırlanması, növbəti toplantıda sözügedən təkliflərin müzakirə olunaraq AFFA rəhbərliyinə müraciət edilməsi qərara alınıb.

 

Избранный
181
22
azertag.az

10Источники