RU

Polis buna görə Qarabağda hərəkətə keçdi - Foto

Polis işğaldan azad olunan bölgələrdə sanitariya-gigeyina qaydaları ilə bağlı tədbirlər keçirir.

DİN-in Mətbuat Xidmətindən Sitat.info-ya  bildirilib ki, həmin ərazilərdə yaşayan, işləyən və səfər edən şəxslərə təhlükəsizlik qaydaları ilə yanaşı, sanitariya-gigiyena tələbləri izah edilir, məlumatlar verilir. Qaydalara əməl etməyən şəxslərlə bağlı inzibati tənbeh tədbirləri görülür.

"Bir daha vətəndaşlarımızdan xahiş edirik, ərazilərin təmizlik, sanitariya-gigiyena qaydalarına ciddi əməl etsinlər. Zibili, tullantıları urnalardan kənara atmaq antisosial, xoşagəlməz əməldir, qanunla qadağandır, inzibati məsuliyyət yaradır", - məlumatda qeyd edilib.

Qeyd edək ki, bəzi ziyarətçilərin işğaldan azad olunmuş şəhərlərimizdə təmizliyi qorumaması, zibil və ərzaq tullantılarını yerə atması, hətta tarixi abidələri zibilləmələri son günlər ciddi narahatlıq yaradır.

Избранный
101
41
sitat.info

10Источники