RU

Neftçalada Heydər Əliyevlə bağlı dəyirmi masa keçirildi

Neftçala rayonunda “Hüquqi dövlət quruculuğunda Heydər Əliyev irsi” mövzusunda dəyirmi masa ətrafında görüş keçirilib.

“Qafqazinfo” xəbər verir ki, görüşdə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidov, RİH-in məsul şəxsləri, Yeni Azərbaycan Partiyası Neftçala rayon təşkilatının, hüquq-mühafizə orqanlarının rəhbərləri və əməkdaşları, idarə, müəssisə və təşkilatların rəhbərləri iştirak edib.

Çıxış edən Neftçala RİH-in başçısı Mirhəsən Seyidov Azərbaycanda  hüquqi dövlət quruculuğunun  ümummilli lider Heydər Əliyevin adı ilə bağlı olması haqqında geniş məlumat verib.

Ümummilli liderin müəllifi olduğu və 1995-ci il noyabrın 12-də Azərbaycanın tarixində ilk dəfə olaraq ümumxalq səsverməsi yolu ilə qəbul edilən müstəqil dövlətimizin konstitusiyasında insan, vətəndaş hüquq və azadlıqlarının təmin edilməsi dövlətimizin ali məqsədi kimi bəyan olunması diqqətə çatdırılıb.




Избранный
132
3
qafqazinfo.az

4Источники