RU

Sabirabadda 49 yaşlı qadın öldürülüb, 17 yaşlı oğlan saxlanılıb

Avqustun 26-da saat 15 radələrində Sabirabad rayonu ərazisindəki evlərin birində 1975-ci il təvəllüdlü İmanova Rəna Rafiq qızının kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

DİN Mətbuat Xidmətinin Şirvan regional qrupundan bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2007-ci il təvəllüdlü Qurbanlı Ramal Raiz oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

İlkin məlumata görə cinayət əməli tamah məqsədi ilə törədilib.

Araşdırma aparılır.

Избранный
266
29
azpost.info

10Источники