Dünyanın ən böyük müdafiə və aerokosmik şirkətləri yüksələn geosiyasi gərginlik fonunda hökumətin yeni silahlara dair sifarişləri artdıqca qarşıdakı üç il ərzində rekord gəlir əldə edəcəklər.
ILK.AZ Azərtac-a istinadən xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.
Məlumata görə, bu sahələr üzrə 15 aparıcı şirkətin gəlirləri 2026-cı ilə qədər 52 milyard dollara qədər artacaq. Bu da 2021-ci ilin sonu ilə müqayisədə iki dəfə çoxdur.
Bu şirkətlərin gəlirlərinin artması üçün əsas stimul Ukraynadakı münaqişə və Yaxın Şərqdəki gərginlik olaraq qalır.
Mənbə: AZƏRTAC