RU

“Qarabağ”-“Dinamo” matçı sükutla başlayacaq

Bu həftə UEFA bayrağı altında keçiriləcək bütün oyunlar sükutla başlayacaq.Metbuat.az xəbər verir ki, bu barədə UEFA məlumat yayıb.İsveçli tanınmış futbol məşqçisi Sven-Yoran Erikssonun vəfatı ilə əlaqədar matçlarda bir dəqiqəlik sükut olacaq.Qeyd edək ki, bu həftə Azərbaycan təmsilçiləri “Qarabağ” və “Zirə” də avrokuboklarda cavab oyunlarına çıxacaqlar. Ağdam klubu avqustun 28-də Çempionlar Liqasının pley-off mərhələsində Bakıda Xorvatiyanın “Dinamo” (Zaqreb) komandasını qəbul edəcək.İlk matçda zaqreblilər 3:0 hesablı qələbə qazanıblar.

Bir gün sonra isə “Zirə” meydana çıxacaq. “Qartallar” Kiprdə 0:6 hesabı ilə uduzduğu “Omoniya” ilə qarşılaşacaq.

Избранный
90
13
metbuat.az

10Источники