Hər bir insan həyatda ağrı ilə üzləşir - baş ağrısı, diş ağrısı, qarın ağrısı, oynaqlar və əzələlərdə ağrılar və s. Ağrı hiss etdikdə insanların əksəriyyəti ağrısızlaşdıran həblərə müraciət edir. Lakin belə həblərin qəbulu (xüsusilə insan bunu tez-tez etdikdə) heç də ziyansız deyil. Ağrısızlaşdıran dərmanlar mədə-bağırsaq sisteminin selikli qişasını qıcıqlandırır, alışqanlıq yaradır, müxtəlif yanaşı təsirlər verir və s. Sübut olunub ki, uzun müddət ərzində istifadə olunan ağrısızlaşdıran preparatlar leykopeniya kimi ağır qan xəstəliyinin inkişafına təkan verə bilər.Saglamolun.Az