RU

Çimərlik futbolu üzrə Azərbaycan millisi ikinci yoldaşlıq oyununda məğlub olub

Çimərlik futbolu üzrə Azərbaycan millisi Bakıda təşkil edilən təlim-məşq toplanışında ikinci yoldaşlıq görüşünü keçirib. SİA-nın məlumatına görə, yığma növbəti dəfə Belarusla üz-üzə gəlib.Su İdmanı Sarayının çimərlik futbolu meydançasında baş tutan qarşılaşmada rəqib 3:2 hesablı qələbə qazanıb.Komandamızın heyətində qolları Amid Nəzərov və Sabir Allahquliyev vurublar.Tərəflər arasında bir gün əvvəl keçirilən qarşılaşmada Belarus yığması 4:2 hesabı ilə qalib gəlib.Qeyd edək ki, yeni baş məşqçi Sahib Məmmədovun rəhbərliyi altında avqustun 1-dən təlim-məşq toplanışında olan Azərbaycan yığmasının hazırlığı ayın 31-dək davam edəcək.

Избранный
173
8
sesqazeti.az

10Источники