RU

Pavel Durovun qardaşı Fransada axtarışa verilib

“Teleqram”ın yaradıcısı Pavel Durovun qardaşı Nikolay Durov Fransada axtarışa verilib. 

Missiya.Az xəbər verir ki, bu barədə “Politico” inzibati sənədlərə istinadən məlumat yayıb.

“Mart ayında Fransa hakimiyyəti Pavel Durov və onun qardaşı Nikolayın həbsinə order verib”, - deyə vurğulanıb.

Qeyd olunub ki, martın 25-də Pavel və Nikolay Durov barəsində “mütəşəkkil dəstənin tərkibində yetkinlik yaşına çatmayanların pornoqrafik şəkillərinin saxlanmasına, yayılmasına, təklif edilməsinə və ya təqdim edilməsinə yardım etmək” ittihamı ilə həbs qərarı çıxarılıb. Hazırda bu işdə yalnız Pavel Durov dindirilir. Nikolay Durovun hazırda harada olduğu müəyyən edilməyib.

Daşqın HəsənovMissiya.Az

 

Избранный
185
18
missiya.az

10Источники