RU

“Neftçi” qambiyalı hücumçunu transfer edib

“Neftçi” qambiyalı hücumçunu transfer edib

“Neftçi” heyətini yeni futbolçu ilə gücləndirib.

Klubdan verilən məlumata görə, “ağ-qaralar” Dembo Darbonu transfer edib. Qambiyalı hücumçu iki illik müqavilə ilə Bakı təmsilçisində 22 nömrəli formanı geyinəcək.

Bundan əvvəl müqavilə ilə BƏƏ-nin “Əl-Nəsr” klubuna məxsus olan D.Darbo icarə əsasında Qazaxıstanın “Astana” və “Ordabaşı” klublarında çıxış edib. Sonuncu mövsümdə Qazaxıstan çempionatında 8 oyunda meydana çıxıb, 3 qol və 1 məhsuldar ötürmə müəllifi olub. Baş məşqçi Roman Qriqorçukun rəhbərliyi altında Soliqorsk “Şaxtyor”unda oynamış mərkəz hücumçusu 2021-ci ildə Belarus çempionatının və superkubokunun qalibi olub. O, Qambiya milli komandasında 5 oyun keçirib.

Mənbə: AZƏRTAC

Избранный
2
25
ilk.az

10Источники