RU

“Dostlar” serialındakı məşhur narıncı divan hərraca çıxarılıb

“Dostlar”

Stokholm, 29 avqust, Nərgiz Cəfərli, AZƏRTAC

“Julien's” hərracı “Dostlar” sitkomundan xatirə əşyaları satışa çıxaracaq.

AZƏRTAC xəbər verir ki, hərrac 1994-cü il sentyabrın 22-dən yayımlanan serialın 30 illiyinə həsr olunub.

Hərraca 110 əşya, o cümlədən baş qəhrəmanların geyimləri, velosiped və mağaza lövhəsi çıxarılacaq.

Hərracın ən bahalı əşyası 2 min dollardan 3 min dollara qədər olan məşhur narıncı divanın surəti olacaq.

“Dostlar” hər gün yayımlanır. Biz “Warner Bros.”dan bizə gələn bu ikonik kolleksiyanı təqdim etməkdən qürur duyuruq”, - deyə “Julien's Auctions”ın baş direktoru Devid Qudman bildirib.

Sentyabrın 23-də keçiriləcək hərracda onlayn şəkildə iştirak etmək olacaq.

Избранный
185
4
azertag.az

5Источники