RU

"Hamilə qadınlar hesab edirlər ki, doğuş növünü özü seçməlidir, həkim yox" — AÇIQLAMA

Qadınlar qeysəriyyə əməliyyatlarına ona görə çox üstünlük verir ki, onlar bunu daha çox dəb formasına çeviriblər. 

Bu sözləri Demokrat.az-a açıqlamasında mama-ginekoloq Təranə Həsənova deyib. O bildirib ki, qeysəriyyə əməliyyatlarının özünə görə ağırlaşma dərəcələri var:

“Qadınların beynində belə bir fikir formalaşıb: “Birdən mən özüm doğsam uşağa nəsə olar”. Sual verirəm: Hardan bilirsiniz ki, qeysəriyyə əməliyyatında heç nə olmayacaq? Qeysəriyyə əməliyyatlarının özünə görə ağırlaşma dərəcələri var. Bir sıra həkimlər özüm də daxil olmaqla təbii doğuş tərəfdarıyıq. Çünki təbii doğuşun ilk adı fizioloji doğuşdur. Yəni Allahın verdiyi yolla təbii olaraq bu başa çatır.  Qeysəriyyə əməliyyatı o zaman olmalıdır ki, ya ananın həyatında təhlükə olsun, ya da uşağın həyatı təhlükə altındadır.  Bax bu zaman biz qeysəriyyə əməliyyatına üstünlük veririk. Lakin nə ana, nə uşaq tərəfdən heç bir göstəriş yoxdursa, əməliyyata getmək düzgün deyil. Buna baxmayaraq, hamilə qadınlar və onların ailələri həkimi sadəcə təhdid edirlər ki, nəyə görə qeysəriyyə əməliyyatı etmirsiniz? Yəni bu gün hamilə qadınlar hesab edirlər ki, doğuş növünü özü seçməlidir, həkim yox. Bütün əməliyyatlar kimi qeysəriyyə əməliyyatının da ağırlaşma növləri var. Həm astezioloji, həm də əməliyyatın özünün kifayət qədər ağırlaşmaları var.  Ehtiyac olmadığı anda qeysəriyyə etdirmək düzgün deyil. Qeysəriyyə əməliyyatını pisləmək də düzgün deyil. Ana və uşaq tərəfdən hər hansı bir problem olduqda əməliyyat həkimi və pasienti xilas edir. Qeysəriyyə əməliyyatı həkim üçün bir xilas yoludur”.

Mehriban Mirzəzadə
Demokrat.az
Избранный
384
50
demokrat.az

10Источники