Bakı. Trend:
Bu gün UEFA Avropa Liqasının yeni formatda keçiriləcək əsasmərhələsinin püşkü atılacaq.
Trend xəbər verirki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq püşkatma mərasimində"Qarabağ"ın rəqibləri müəyyənləşəcək.
Liqa mərhələsində 36 komanda iştirak edəcək və hər bir komanda 8oyun keçirəcək.
Püşkatma ərəfəsində komandalar reytinqə əsasən 4 səbətəbölünüblər. Ağdam təmsilçisi "Qarabağ" 3-cü səbətdə yer alıb. Hərkomanda öz səbətindən iki rəqiblə – birini evdə, digərini səfərdə –qarşılaşacaq.
8 turun nəticəsinə görə, ilk 8 yeri tutan komandalar birbaşa 1/8finala yüksələcək, 9-24-cü yerləri tutan komandalar isə pley-offmərhələsinə çıxacaq. Digər 12 komanda isə turnirlə vidalaşacaq.
Liqa mərhələsinin oyun günləri də artıq müəyyənləşib. İlk altıtur bu il, son iki tur isə gələn il keçiriləcək.
2024-cü il
I tur: 25-26 sentyabr
II tur: 3 oktyabr
III tur: 24 oktyabr
IV tur: 7 noyabr
V tur: 28 noyabr
VI tur: 12 dekabr
2025-ci il
VII tur: 23 yanvar
VIII tur: 30 yanvar