Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında V tura start veriləcək.
"Cebheinfo.az" xəbər verir ki, ilk olaraq iki qarşılaşma keçiriləcək.
"Turan Tovuz" doğma azarkeşləri önündə "Səbail"lə üz-üzə gələcək.
Tovuz şəhər stadionunda gerçəkləşəcək matç saat 17:45-də start götürəcək. Meydan sahibləri 10 xalla liderdir. Paytaxt klubu 4 xalla 6-cı pillədə qərarlaşıb.
"Sumqayıt" isə "Araz-Naxçıvan"ın müqavimətini qırmağa çalışacaq. Bu görüşün start fiti saat 20:00-da səslənəcək. "Gənclik şəhəri" təmsilçisi 6 xalla 5-ci, qonaqlar 4 xalla 8-cidir.
Azərbaycan Premyer Liqası
V tur
30 avqust
Qeyd edək ki, turun digər oyunları 31 avqust və 1 sentyabrda baş tutacaq.
"Cebheinfo.az"