RU

Renat Dadaşov Türkiyədə ən dəyərli futbolçuları siyahısında yer alıb

Türkiyə I Liqasının ən dəyərli 100 futbolçusunun siyahısı açıqlanıb.

Bakıvaxtı.az "Transfermarkt" portalına istinadən xəbər verir ki, siyahıda "Ankaragücü"də çıxış edən Azərbaycan millisinin hücumçusu Renat Dadaşov da yer alıb.

Dəyəri 1,80 milyon avro olan 25 yaşlı forvard 4-cü pillədə qərarlaşıb.

Siyahıya Dadaşovun rumıniyalı komanda yoldaşı Olimpiu Morutan (3 milyon avro) başçılıq edir. Ankara təmsilçisinin digər oyunçusu Efkan Bəkiroğlu (2,20 milyon avro) ikinci, "Amedspor"dan Adama Traore (2 milyon avro) üçüncüdür.

Qeyd edək ki, Renat Dadaşov avqustun 8-də paytaxt klubu ilə 2 illik müqavilə imzalayıb.

Избранный
51
6
bakivaxti.az

7Источники