RU

“Paris-2024”: Azərbaycanın paraatıcısı finala vəsiqə qazana bilməyib

Azərbaycanın paraatıcısı Kamran Zeynalov “Paris-2024” Yay Paralimpiya Oyunlarında finala vəsiqə qazana bilməyib.

AZƏRTAC xəbər verir ki, P1 kateqoriyasında çıxış edən idmançı 10 metr məsafəyə atəşaçma yarışının seçmə mərhələsində 559 xal toplayaraq 26 idmançı arasında 13-cü olub.

Təmsilçimiz sentyabrın 4-də P4 kateqoriyasında 50 metr məsafəyə atəşaçmada da bacarığını nümayiş etdirəcək.

Qeyd edək ki, Azərbaycan sentyabrın 8-dək davam edəcək yarışda 7 növ üzrə 18 idmançı ilə təmsil olunur. Milli komandanın heyətində ötən gün parataekvondoçu Sabir Zeynalov (58 kiloqram) bürünc medal qazanıb.

Избранный
66
5
90deqiqe.az

6Источники