RU

"Vəzifəmiz HƏMAS-ı məhv etməkdir" - SAXAL-ın sözçüsü

İsrail ordusunun Qəzza zolağında HƏMAS-a qarşı hərbi əməliyyatı anklavın təkcə şimal hissəsinə deyil, bütün ərazisinə təsir edəcək.

Bizim.Media xəbər verir ki, bu fikirləri SAXAL-ın (İsrail Müdafiə Qüvvələri) sözçüsü Daniel Həcəri səsləndirib.

"Qəzza zolağının cənub hissəsinə gəlincə, mən bu məsələni aydınlaşdırmaq istəyirəm. İsrailin siyasi rəhbərliyinin bizə tapşırdığı vəzifə HƏMAS-ı məhv etməkdir.

HƏMAS-ı aradan qaldırmaq üçün biz bütün Qəzza zolağında hərəkət etməliyik və buna görə də Qəzza zolağının hər yerində HƏMAS-ı havadan, dənizdən və qurudan məhv etmək üçün hərəkətə keçəcəyik”, - o, axşam brifinqində deyib.

Bizim.Media
 

Избранный
842
3
bizim.media

10Источники