RU

İdmançımız Paralimpiya çempionu oldu

Azərbaycan parataekvondoçusu İmaməddin Xəlilov Fransada keçirilən Paris-2024 Yay Paralimpiya Oyunlarının qızıl medalını qazanıb.

Sportnet.az xəbər verir ki, K44 kateqoriyasında 70 kq çəki dərəcəsində yer alan idmançı finalda türkiyəli Fatih Çəliklə qarşılaşıb.

Rəqibinə 15:2 hesabı ilə qalib gələn idmançımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Qeyd edək ki, bu Azərbaycanın Paris-2024-də qazandığı ikinci medal olub. Paralimpiadanın ilk günündə parataekvondoçumuz Sabir Zeynalov (58 kq, K44) bürünc medal qazanıb.


Избранный
154
sportnet.az

1Источники