RU

`Azəriqaz`da rəhbər dəyişdi... vətəndaşa münasibət dəyişmədi... - "Tüstü borusunu, qaz xəttini bəyəm istehlakçı çəkib?"

Bakının Nizami rayonu, Babək prospekti, 71 saylı binanın yanında HeydərƏliyev Fondunun dəstəyi ilə 1-ci dərəcəli Qarabağ qazisinin istifadəsinə2008-ci ildə verilən qeyri-yaşayış otağının çöldən “Kombi” sistemi iləqızdırılmasına “Azəriqaz” 16 ildir rüşvət tələbi ilə qadağa qoyub. Qazxidmətinin Qarabağ qazisini “qazlamağına” baxın, qeyri-yaşayış evininçöldən “Kombi” sistemi ilə qızdırılması təhlükə yaradır. Halbuki təhlükəyəcavabdeh olan Fövqəladə Hallar Nazirliyi “Kombi” cihazlarının binanınçölündə quraşdırılmalı olmasını bildirib.16 ildir ali dövlət hakimiyyətiorqanlarından, Heydər Əliyev Fondundan “Azəriqaz”a gələn tapşırıqlaraçeşidli bəhanələrlə əməl edilmir. Özü də qaz xidmətinin işi yalnız qazsayğacı quraşdırmaqır, ondan o yana keçmir. Nədən bütün işlər görülüb,mövcud qaz xətti binanın yanından keçdiyindən, 16 il qabaq xətdənventillə qaz götürülməsi üçün , rus terminologiyası ilə desək, “sosok”qoyulub, bircə sayğac quraşdırmaq qalır ki, evi qızdırmaq mümkün olsun.Qaz idarəsinin bu özbaşınalıqda rüşvətdən özgə nə marağı ola bilər ki, 16ildir boynuna düşən görəvdən imtina edir? Xatırladırıq ki, “Azərişıq” anındaiki (!) işıq sayğacı quraşdırıb, “Azərsu” verdiyi texniki şərti məhkəməninqərarından sonra beş ildir icra edib, bircə qaz idarəsi erməni kilsələrinəpulsuz verdiyi qazı Qarabağ qazisinə pulla da vermək istəmir. “Kombi”sistemi isə qaz olmadan işləmir.“Azəriqaz” hətta məhkəməyə də təzyiq edib. Bakı İnzibati Məhkəməsininhakimi Fərid Mədətli 17.06.2020-ci il tarixli (tərəflərin iştirak etmədiyi)iclasda qərara alıb ki, 1-ci dərəcəli Qarabağ qazisi-istehlakçınınistifadəsinə SƏNAYE QAZ SAYĞACI verilməlidir. Bilirsiniz, hələ dərəsmi qaydada verilməyən bu qərarla məhkəmə hakimi nə demək istəyir?“ Qaz təchizatı haqqında” qanunun 13.9 maddəsində, “Qazdan istifadəqaydaları haqqında” NK qərarının 4.2 bəndində MƏİŞƏT QAZSAYĞACLARInın təchizatının, quraşdırılmasının, dəyişdirilməsininQAZ PAYLAYICININ vəsaiti HESABINA, digər istehlakçılar üçünİSTEHLAKÇILARIN vəsati HESABINA olduğu yazılıb. Yəni istənilənhalda , qaz xidməti xidmətdən imtina edə bilməz, sadəcə, xidmətin kiminhesabına olması mübahisə predmetidir. Məhkəmə də başqa bəhanə tapabilməyib və qərara alıb ki, əlil-istehlakçı SAATDA 10 kub metrdən çoxqaz sərf edən SƏNAYE QAZ QURGUSUNDAN yararlanır !(?) ( Məişətqaz qurğusu saatda 10 kub metrdən AZ, sənaye qaz qurğusu isəÇOX qaz işlədən qurğular sayılır). Özbaşınalığa baxın, guya “Kombi”saatda 10 kubmetrdən çox qaz işlədir. Hakim Fərid Mədətlinin “Azəriqaz”ınrüşvətilə “daxili inam” məntiqinə baxın, guya Qarabağ qazisi bir günə ənazı 240 kub metr, bir aya 7200 kub metr hesabı ilə gündə 48manatlıq, ayda ən azı 1440 manatlıq qaz işlətməlidir. Belə məhkəmə,qaz xidməti rüşvətilə qazdan istifadə etmək olar?Məhkəmə Hüquq Şurasına şikayətlər də sonuc verməyib və bədnam qərarhələ də verilməyib. Qarabağ qazisi razıdır, qərarı cavabdeh “Azəriqaz” icraetməli və 1-ci dərəcəli Qarabağ əlilinə SƏNAYE QAZ QURĞUSUNDANyararlanan istehlakçı kimi ƏLİLİN HESABINA SƏNAYE SAYĞACIquraşdırmalıdır. Bəs niyə “Azəriqaz” məhkəmə qərarını icra etmir? Heçdemə, qərar cavabdehə də verilməyib. Bu necə olur, məhkəməyə beləəndrabadi qərar sifariş edəsən və özünə verilməyə? Bəlkə “Azəriqaz”utanıb-qızarır, ona görə məhkəmə qərarını gizlədir? Axırı, Nizami qazidarəsindən qaziyə zəng edib məhkəmə qərarının verilməsini istəyiblər. (?)Bəs bu günlərdə Prezident Fərmanı ilə İqtisadiyyat Nazirliyinin yanındanPrezident yanında dövlət agentliyinə çevrilən Antiinhisar və İstehlakBazarına Nəzarət Dövlət Xidməti kobud istehlakçı hüququnun pozulmasınanə deyir? Xidmətin rəis müavini İlqar Həsənovun imzası ilə gələncavab istehlakçının hüququnun yox, təbii inhisarçı qaz xidmətininrüşvətinin üstünlüyünün qorunmasını üzə çıxarır. Rəis müavini 1-ci dərəcəliəlil istehsalçıdan “ərazisi planlaşdırılmayan ərazilərdəki tikililərə”qaz çəkilməsinə görə qoşulma haqqının ödənilməsini, sayğacınməişət obonentlərinə pulsuz olmasını və s. anlamsızlığıvurğulayaraq ... məhkəməyə müraciət etməyi məsləhət bilir. Açıq-aşkar qaz idarəsinin qanunsuz təzyiqi sezilir. Axı Nizami rayonu 50 iləyaxındır planlaşdırılıb və 16 ildir qeyri-yaşayış otağı dövlət sifarişi – HeydərƏliyev Fondunun dəstəyi ilə tikilib. Vurğuladığımız kimi, çöldən “Kombi” iləqızdırmaq üçün hər şey hazırdır, bircə qaz sayğacı quraşdırmaq qalır;məhkəmə də öz sözünü deyib ki, 1-ci dərəcəli əlilə öz hesabına SƏNAYEQAZ SAYĞACI quraşdırılmalıdır. 50 ildir mövcud qaz şəbəkəsinə qoşulanxəttə görə qoşulma haqqı ödənməlidir? Bu hansı qanunda yazılıb? Özü dəbu QOŞULMA HAQQI, daha düzü, HOQQASI 2022-ci ildə çıxarılıb, otaqisə 2008-ci ildə tikilib. Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinormativ aktın geriyə qüvvəsini qadağan edir. Yalnız şəxslərin vəziyyətiniyaxşılaşdıran aktların geriyə qüvvəsi vardır. Bundan da xəbərsizdirlərməhkəmələr, dövlətin xidmət qurumları?Bu günlərdə 1-ci dərəcəli əlilin yaşadığı mənzilə qaz xidmətçisi baxışkeçirib və “tikinti obyektində” ( bəyəm mənzil tikinti obyekti sayılır?- M. B.)detektor quraşdırılmadığı, tüstü borusunun standarta uyğun olmadığı”“nöqsanını” bəlirləyib. Nooldu, indiyədək nöqsan yox idi, indi haqqını tələbedəndə nöqsan tapılır? Tüstü borusunu, qaz xəttini bəyəm istehlakçı çəkib?Qaz xəttinin standarta uyğun çəkilməməsinin “nöqsanı” əlil-istehlakçınınyox, qaz xidmətinin boynundadır. Bu barədə Xətai məhkəməsinin (h.Raziya Ataşova) Ədliyyə Nazirliyinin məhkəmə ekspertizasının rəyinəəsasən qətnaməsini də “Azəriqaz”, Nizami qaz idarəsi 12 ildir icra etmir.İstehlakçıların hüquqlarının müdafiəsinə təhkim edilən Dövlət Xidməti –Agentliyi isə inhisarçı xidmət “qohumluğunu” qoruyur, ən yaxşı halda,məhkəməni nişan verir. Məhkəmə qərarını verib də!Qarabağ əlilinə, istehlakçıya qaz xətti yox, sayğac gərəkir. Binanın çöldən,təhlükəsizlikdən yana, “Kombi” ilə qızdırılması üçün. Bu sadə gerçəyi qazxidməti, dövlət agentliyi anlaya biləcəkmi? Anlayış haqqı nə qədərdir?Məğrur Bədəlsoy - Dia-az.İnfo

Избранный
172
46
dia-az.info

10Источники