RU

"Fənərbaxça"nın futbolçusu Fransa klubuna keçdi

"Fənərbaxça" yarımmüdafiə Miha Zaytsı icarəyə verib.

Sportnet.az xəbər verir ki, sloveniyalı futbolçu "Tuluza"ya keçib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

30 yaşlı orta xətt oyunçusu 2024/2025 mövsümünü Fransa təmsilçisinin heyətində keçirəcək.

Qeyd edək ki, "Fənərbaxça" Miha Zaytsı 2019-cu ilin yanvar ayında "Empoli"dən transfer edib.


Избранный
56
1
sportnet.az

2Источники