Millətlər Liqasının qrup mərhələsi çərçivəsində sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç oyunu öncəsi təşkil olunacaq mətbuat konfransları və mətbuat üçün açıq məşqlərin vaxtı açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Hər iki tədbir qarşılaşmanın reallaşacağı arenada baş tutacaq.
4 sentyabr
İsveç millisi
17.00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
18.15. Mətbuat konfransı
Azərbaycan millisi
18.45. Mətbuat konfransı
19.00. İlk 15 dəqiqəsi mətbuat üçün açıq məşq
Qeyd edək ki, Azərbaycan - İsveç oyunu sentyabrın 5-də, saat 20.00-da başlayacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта