RU

Dünya çempionatında üç güləşçimiz mübarizəyə qoşulacaq

İspaniyanın Pontevedra şəhərində güləş üzrə U-20 dünya çempionatı davam edir, yarışın ikinci günündə yunan-Roma güləşçiləri medal uğrunda daha 3 çəkidə xalçaya çıxacaqlar.

"Cebheinfo.az" xəbər verir ki, iki güləşçimiz təsnifat, biri isə 1/8 finalda mübarizəyə qoşulacaq.

U-20 dünya çempionatı

Yunan-Roma güləşi

72 kq

Təsnifat mərhələsi

Ruslan Nurullayev ilk görüşdə moldovalı Vasile Zabikanı sınağa çəkəcək.

97 kq

Təsnifat mərhələsi

Mikayıl İsmayılov ilk olaraq meksikalı Dorian Emmanuel ilə üz-üzə gələcək.

82 kq

1/8 final

İsmayıl Rzayevin ilk rəqibi Erlan Mars Uulu (Monqolustan) - Mohammad Yadollah (İran) cütünün qalibi olacaq.

Qeyd edək ki, Azərbaycan yığması mundialda 25 idmançı ilə təmsil olunacaq. Dünya çempionatına sentyabrın 8-də yekun vurulacaq.

"Cebheinfo.az"

Избранный
45
3
cebheinfo.az

4Источники