FİFA referisi Elçin Məsiyev UEFA-dan təyinat alıb. Sport24.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, 21 yaşadək futbolçular arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində keçiriləcək Bosniya və Herseqovina – Avstriya qarşılaşmasının baş hakimi olacaq.
Məsiyevə yan xətdə Elşad Abdullayev və Pərvin Talıbov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Tural Qurbanov yerinə yetirəcək.
Qeyd edək ki, sentyabrın 6-da Sarayevo keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта