RU

"Qarabağ"ın daha bir rəqibi ərəb klubuna futbolçu satdı

"Qarabağ"ın UEFA Avropa Liqasının Liqa mərhələsində rəqiblərindən olan Niderlandın "Ayaks" klubu futbolçusu Stiven Berqveyni Səudiyyə Ərəbistanı təmsilçisi "Əl-İttihad"a satıb.

Prosport.Az xəbər verir ki, 26 yaşlı vinger 21 milyon avroya transfer olunub. Berqveyn əvvəllər "Ayaks"ın gənclərdən ibarət komandalarında çıxış edib. Daha sonra PSV-yə, oradan da İngiltərənin “Tottenhem” klubuna keçib. Vinger London təmsilçisinin heyətində 83 oyun keçirib və 8 qol vurub. O, Hollandiya millisində 22 oyunda 6 dəfə fərqlənib.

Stiven Berqveyn ötən mövsüm “Ayaks”ın heyətində bütün turnirlərdə 31 oyun keçirib, 13 qol vurub və 5 məhsuldar ötürmə edib.

Qeyd edək ki, daha əvvəl "Qarabağ"ın digər rəqibi "Malmö" futbolçusu Peter Qvarqisi İraqın "Dahuk" klubuna satıb.

Избранный
112
1
prosport.az

2Источники