RU

Zaxarova: "Rusiya Cənubi Qafqazda kommunikasiyaların tamamilə açılmasının tərəfdarıdır"

“Biz yalnız konkret marşrutun yaradılmasının deyil, Cənubi Qafqazda iqtisadi və nəqliyyat kommunikasiyalarının tamamilə blokdan çıxarılmasının tərəfdarıyıq".

Aznews.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Mariya Zaxarova bu gün keçirdiyi brifinq zamanı çıxışında bildirib.

"Biz bunun şəffaf, qarşılıqlı faydalı şəraitdə baş verməsinin tərəfdarıyıq. Bu, sadəcə söz deyil, işdir”, - Zaxarova deyib.

XİN sözçüsü qeyd edib ki, baş nazir müavinlərinin həmsədrlik etdiyi Üçtərəfli İşçi Qrupu çərçivəsində həm Ermənistan, həm Azərbaycanın, həm də onların qonşularının maraqlarına uyğun olaraq məhz bu cür iş aparılır.

Избранный
146
12
aznews.az

10Источники