RU

BVF-nin Azərbaycan üzrə missiya rəhbəri ilə görüş keçirildi

İqtisadiyyat naziri Mikayıl Cabbarov Beynəlxalq Valyuta Fondunun(BVF) Azərbaycan üzrə missiya rəhbəri Anna Bordon ilə görüşüb.

Trend xəbər verir ki, görüşdəAzərbaycanın beynəlxalq maliyyə institutları ilə çoxşaxəli vəsəmərəli tərəfdaşlığı, ölkəmizdə innovasiyaların geniş tətbiqibaxımından əlaqələrin inkişaf etdirilməsinin önəmi vurğulanıb.Həmçinin, ölkəmizin makroiqtisadi göstəriciləri və proqnozlar,energetika sektorunun inkişaf perspektivləri, vergi islahatları vəbu sahədə nəzərdə tutulan tədbirlər barədə məlumat verilib.

Tərəflər qlobal tendensiyaların iqtisadi proseslərə təsiri,Azərbaycan iqtisadiyyatının inkişaf göstəriciləri və hədəfləri,əməkdaşlığın yeni istiqamətləri və digər məsələlər haqqındamüzakirə aparıblar.

Избранный
286
12
az.trend.az

10Источники