Qıcqırma - ayrıca bir xəstəlik olmayıb, müxtəlif xəstəliklərin əlamətidir. Ona görə də qıcqırmadan qurtulmaq üçün, bu xoşagəlməz əlamətə səbab olan xəstəliyi müalicə etmək lazımdır. Qıcqırma daimi olmadıqda və ya hər hansı bir xəstəlik nəticəsində baş vermədikdə, yandırma hissiyyatını sakitləşdirən dərman maddələrindən istifadə etmək olar. Bunlar antasid preparatlar olub, qida borusunun selikli qişasını örtərək, onu mədə şirəsinin kəskin təsirindən qorumaq qabiliyyətinə malikdirlər. Bu halda suspenziya (maye) şəklində olan preparatlar daha yaxşı kömək edir. Yeri gəlmişkən, onu da qeyd etmək lazımdır ki, bu preparatları 3-4 həftədən artıq müddət ərzində qəbul etmək olmaz.Saglamolun.Az