Nigerdə leysan yağışlar nəticəsində 200 illik məscid uçub
Publika.az xəbər verir ki, bu varədə “Le Figaro” qəzeti məlumat yayıb.
Məlumata görə, Zinder şəhərində tikilmiş ən qədim məscidlərdən biri ölkədə yağan güclü yağışlar nəticəsində yararsız hala düşüb.
Nəşr aydınlaşdırır ki, bu məscid ölkənin ikinci böyük şəhəri olan Zinder sakinləri üçün dini simvol kimi böyük əhəmiyyət kəsb edirdi.
“Yüz illərdir ki, möminlər namaz qılmaq üçün çox vaxt uzaq məsafələrdən buraya gəlirlər”, - deyə yerli dini lider Əl-Həcc Mənsur Kakale deyib.